ANAMA Füzuliyə geri qayıdan sakinlər üçün maarifləndirmə təlimi keçirib - FOTO

ANAMA Füzuliyə geri qayıdan sakinlər üçün maarifləndirmə təlimi keçirib - FOTO backend

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışı çərçivəsində ilk mərhələdə köç edən 23 ailəyə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçirilib.

Qaziler.az xəbər verir ki, ümumilikdə 90-dan çox sakinin iştirak etdiyi təlimdə iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumat verilib.

Həmçinin sakinlərə nizam-intizamlı, məsuliyyətli və sayıq davranmağa, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, eləcə də şübhəli əşyalara toxunmamağa dair çağırış edilib.

Təlimlər zamanı iştirakçılara xəbərdaredici və maarifləndirici qaydalar, eləcə də müxtəlif növ mina təhlükəsini əks etdirən çap materialları paylanılıb.

Xatırladaq ki, Agentlik Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhalinin təhlükəsiz və dayanıqlı yaşam tərzinin yaradılması üçün maarifləndirmə tədbirlərini davam etdirir.

Diaspora