Heç vaxt ağlımıza gəlməzdi ki, yenidən öz doğulub boya-başa çatdığımız yerlərə qayıdaq. Amma indi 30 illik xəyallarımız gerçəkləşir, Vətən həsrəti son çatır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Laçına köçən sakin Nazilə Əliyeva söyləyib.
Laçına köçdüyü üçün sevincinin həddi-hüdudu olmadığını deyən Nazilə Əliyeva bildirib ki, 27 yaşında doğma yurdundan ayrılıb. Bu gün isə geri qayıtdığı üçün özünü xoşbəxt hiss edir.
O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib. İşğaldan azad olunmuş bütün torpaqlara insanların tamamilə qayıtmasını arzulayıb.