1993-cü ildə itkin düşən Əli Heydər oğlu Hüseynovun qalıqları 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə H.Əlinin qardaşı oğlu, jurnalist və yazıçı Tağı Kərimli (Tağı Türk) sosial media hesabında məlumat yayıb.
O bildirib ki, əmisinə məxsus qalıqlar bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndi ərazisindəki kütləvi məzarlıqda tapılıb.