2023-cü ilin yanvar-iyun ayları ərzində işğaldan azad edilmiş rayonlarda 623 yeni iş yeri açılıb.
Qaziler.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin ilk 6 ayı ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 328, Şuşada isə 177 yeni iş yeri açılıb.
| Azad edilmiş rayonlar | Yeni yaradılmış iş yerlərinin sayı |
| Laçın | 328 |
| Suşa | 177 |
| Xocavənd | 32 |
| Cəbrayıl | 28 |
| Kəlbəcər | 19 |
| Ağdam rayonu | 18 |
| Füzuli | 13 |
| Xocalı | 5 |
| Qubadlı | 2 |
| Zəngilan | 1 |



