Qaziler.az saytı xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçiriləcək Xocalı aksiyasına qarşı təxribat planlaşdırılır.
APA-nın Türkiyə müxbiri xəbər verir ki, fevralın 22-də Turançı Hərəkat Platformasının İstanbulun Kadıköy rayonunda keçirilməsi planlaşdırılan Xocalı aksiyasına qarşı təxribat hazırlanır.Belə ki, PKK-nın siyasi qolu kimi tanınan Xalqların Demokratiya Partiyasının (Halkların Demokrasi Partisi - HDP) İstanbul vilayət təşkilatı “İrqçiliyə keçid yox!” adlı imza kampaniyası başladıb. Onlar bölgədəki erməni kilsəsinin qabağında stendlər quraraq Xocalı aksiyasına qarşı imza toplamağa çalışırlar. HDP Xocalı aksiyasına qarşı alternativ aksiya keçirəcəyini də qeyd edir.
İstanbul valiliyindən APA-ya bildirilib ki, 22 fevralda keçirilməsi nəzərdə tutulan Xocalı yürüşünə qarşı “irqçılik” adı altında imzatoplama kampaniyası qanunsuzdur: “Bu partiyanın həm imza toplaması, həm də aksiya təyin etməsi qanunsuzdur. Çünki HDP hər iki aksiya üçün valilikdən icazə alınmayıb”.
Qeyd edək ki, HDP 2014-cü ilin iyununda BDP-nin (Barış ve Demokrasi Partisi) bazasında qurulub. Kürd təmayüllü partiya qondarma “erməni soyqırımı”nın tanıması və təzminat ödənməsi üçün həm Qərbdəki erməni təşkilatları ilə əməkdaşlıq edir, həm də Türkiyədən uydurma “soyqırım”ı tanıyaraq ermənilərə təzminat ödənməsini tələb edir.