Xankəndidə dinc həllə imkan vermirlər: toqquşma olacaq

Xankəndidə dinc həllə imkan vermirlər: toqquşma olacaq backend

Qarabağın erməni əhalisinin Azərbaycan nümayəndələri ilə görüşünün keçiriləcəyinə heç şübhə olmasın. Azərbaycan tərəfinin çalışdığı məsələ də budur.

Bu sözləri Axar.az-a konfliktoloq Elman Vəliyev deyib.

O bildirib ki, Ermənistandan Xankəndiyə göndərilən maşınların ora buraxılmaması reinteqrasiyanı sürətləndirməyə kömək edən amillərdir:

“Qarşı tərəfin əlində bayraq etdiyi məsələ Qarabağda yaşayan ermənilərin taleyidir. Bu, yoluna qoyulduqdan sonra daha əllərində əsas qalmayacaq. Xankəndiyə yük maşınlarının buraxılmaması çox düzgün bir gedişatdır. Getdikcə müqavimət qırılır. Əhalinin dirənişi azalır. Rəsmi İrəvan da elə canfəşanlıq göstərmir. Paşinyan üçün Xankəndi məsələsi artıq önəm daşımır. Sadəcə, ona qarşı təzyiqlər artmasın deyə bu məsələni tamamilə gündəmdən çıxara bilmir”.

Konfliktoloqun sözlərinə görə, Qarabağda yaşayan erməni əhalisinin taleyini özgələrinin müəyyən etməsi birgəyaşayış prosesinin münaqişəsiz həllinə əngəl yaradır:

“Qarabağdakı ermənilər oyunun kiçik fiqurlarıdır. Xankəndi məsələsinin dinc yolla Azərbaycanın lehinə həll edilməsinə imkan vermirlər. Mütləq qarşıdurma olacaq. Çünki Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu Xankəndi məsələsini həll etməyə imkan verməz. Axı problem aradan qalxsa, daha onlara ehtiyac olmayacaq”.

 

 

Diaspora