Xəbər verdiyimiz kimi, 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçatryan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, onun Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, zəruri tibbi yardımın göstərilməsi, həmçinin BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə şəraitin yaradılmasının təmin ediləcəyi bildirilir.
Vaqif Xaçatryanın fotosunu təqdim edirik:
![](https://img.qaziler.az/gallery/2023/07/143984_64c53ee528e86.jpg)
![](https://img.qaziler.az/gallery/2023/07/143984_64c53ee529d09.jpg)