“Ermənistandan Qarabağa göndərilən yükləri aparan 19 TIR-dan ibarət karvanın sərhəddə dayanmağa davam etməsi bizim acizliyimizin sübutudur”.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni jurnalist Serob Marutyan Ermənistan hakimiyyətinin sərhəddə təşkil etdiyi yardım şousu haqda danışarkən deyib.
S.Marutyan Paşinyana və onun hökumətinə sual ünvanlayıb: “Yüklərin keçidi Rusiya və Azərbaycanla razılaşdırılmayıbsa, o zaman, ağır yük maşınlarını sərhədə aparıb saxlamağın nə mənası var idi? Ümumiyyətlə, Ermənistan hakimiyyəti bununla hansı problemi həll edir?
Əgər onlar həqiqətən də Qarabağdakı ermənilərin taleyindən narahatdırlarsa, o zaman belə xoşagəlməz və alçaldıcı vəziyyətin yaranmaması üçün hər şeyi etməli idilər. Məqdsəd sadəcə “bacardığımı etdim, hətta sərhədə yük belə yığdım, məndən başqa nə istəyirsiniz” deməkdir”.