Rəsmi İrəvan Ermənistanda akreditasiya olunmuş diplomatik korpusun və beynəlxalq strukturların nümayəndələrini Azərbaycanla sərhədə gətirib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, artıq sərhədimizdə olan diplomatlar Ermənistan hakimiyyətinin təşkil etdiyi “humanitar yardım” şousuna tamaşa edir.
İrəvan bununla “Azəraycan Laçın postunu bağlayıb” iddiasını əyani şəkildə göstərməyə çalışır. Məqsəd beynəlxalq ictimai rəyi manipulyasiya etməkdir.
Lakin Azərbaycanın Ağdam-Xankəndi marşrutunu təklif etməsi Ermənistanın bu şousuna beynəlxalq müstəvidə inananların sayı azdır. Digər tərəfdən, Qarabağ beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır, rəsmi İrəvanın özü də hələki şifahi olaraq bunu qəbul edib. Qarabağda baş verənlər Azərbaycanın daxili məsələsidir. Sərhədimizdə “yardım şousu”nu izləyən səfirlərin təmsil etdikləri ölkələr də bu reallığı qəbul edir. Bu halda Ermənistan hakimiyyəti xarici diplomatlara əziyyətdən başqa bir şey vermir.