Ermənistanda Laçın postuna hərbi hücum ÇAĞIRIŞI

Ermənistanda Laçın postuna hərbi hücum ÇAĞIRIŞI backend

Ermənistanda Laçın postunun açılması üçün hərbi addımın atılması çağırışları gündəmə gəlib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, erməni mediası Paşinyan hakimiyyətinə Laçın postuna qarşı hərbi müdaxilənin edilməsini və itkilər hesabına da olsa, yüklərin Qarabağa daxil edilməsi çağırışı edilir.

Erməni ekspert Qaqik Vardanyan Ermənistan hakimiyyətinə Türkiyəni nümunə göstərib. Bildirib ki, Azərbaycan belə vəziyyətlə üzləşsəydi, Türkiyə bütün ssenariləri nəzərdən keçirər və müdaxilə edərdi.

O, Ermənistanın da hərbi varianta əl atmasını istəyib.

“Laçın postunu məhv etməliyik, qurbanlar versək belə onun mövcudluğunu aradan qaldırmalıyıq. Başqa yol yoxdur”, - o iddia edib.

Qeyd edək ki, Ermənistanın sərhəddə təşkil etdiyi “yardım şousu” Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan addımdır və beynəlxalq hüquqa uyğun deyil. Lakin görünür ermənilər belə şoularla kifayətlənmək istəmir, hərbi variantdan da bəhs edirlər.

 

 

Diaspora