Ermənistandan göndərilən yüklər Laçın sərhəddindən buraxılmamalıdır.
Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə öz feysbuk hesabında yazıb.
"Ermənistan hakimiyyətinin Humanitar yük adı altında maşın karvanının Qarabağa göndərilməsi təxribatdır. Laçınla sərhəddə dayanan yük avtomobillərini Azərbaycan sərhəddən buraxmamalıdır. Ermənistan bununla Azərbaycan üzərində psixoloji -siyasi üstünlük qazanmağı planlayır. Humanitar yüklər yalnız sərhəddə Rusiya sülhməramlı qüvvələrinin yük avtomobilinə yüklənərək keçidinə izacə vermək olar. Bu, həlledici məqamdır.
Ermənistan bununla Azərbaycana qarşı beynəlxalq təzyiqi formalaşdırmağa çalışır.
Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ daxil Azərbaycan ərazisini tanıyıb. Belə olan təqdirdə Ermənistan rəhbərliyi tərəfindən yüklərin göndərilməsi siyasi avantüradır. Azərbaycan artıq Ermənistandan Qarabağa daxil olan qaz, elektrik, İnternet və teleradio yayımını da kəsməlidir. Ermənistan və Qarabağdakı separatçılara güzəştə getmək, zəiflik və məğlubiyyət kimi qəbul ediləcək", - politoloq qeyd edib.
QAZİLER.AZ