"Fred Asif"in məzarı ziyarət olundu

"Fred Asif"in məzarı ziyarət olundu backend

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun ("Fred Asif") doğum günüdür

Qaziler.az bildirir ki, bu münasibətlə qəhrəmanın silahdaşları, yaxınları şəhid Milli Qəhrəmanın xatirəsini yad etmək üçün Bakıdakı II Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib, qəhrəmanın ruhuna dualar oxunub.

Xatırladaq ki, 1952-ci il, iyulun 26-da Ağdamda doğulan Asif Məhərrəmov 1 iyul 1994-cü ildə Yaltada vəfat etmiş, iyulun 3-də Bakıda torpağa tapşırılmışdır.

O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri yaradıb.

1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub. 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə köməyə gedib, düşmənə ağır zərbə vurub.

Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də müharibədə aldığı yaraların nəticəsində dünyasını dəyişib. Bakı şəhərində 2-ci Fəxri Xiyabanda dəfn edilib.

Bakının küçələrindən biri onun adını daşıyır.

Milli Qəhrəman Asif Məhərrəmov ( Fred Asif ) haqqında materiallar bu link

QAZİLER.AZ

Diaspora