"Qarabağ iqtisadi rayonunda separatçıların Azərbaycanın təklif etdiyi Ağdam - Xankəndi yolundan istifadə edərək humanitar yüklərin daşınmasından imtina etməsi, əsasən, Rusiyadan qaynaqlanır. Rusiya imkan vermir ki, Azərbaycan etnik ermənilərə humanitar yükləri çatdırsın. Təbii ki, Rusiyanın burada əsas marağı düşmənçiliyi alovlandırmaqdan ibarətdir. Onların missiyası Qarabağda Azərbaycanın reinteqrasiya siyasətinə mane olmaqdır".
Qaziler.az bildirir ki, bunları politoloq Məhəmməd Əsədullazadə öz feysbuk hesabında yazıb.
"Qeyd edim ki, Ermənistan tərəfindən Laçın NBM qarşısında yük maşınları yığılıb. Görünür, Qarabağa getməyi planlaşdırırlar. Əlbəttə, bu sərhəd pozulmasıdır və Azərbaycanın sərt tədbirlər görməsi hüququdur.
Qarabağa yüklər birmənalı şəkildə Ermənistandan daşınması qanunsuzdur.
Qarabağa yüklər bir müddətdən sonra Rusiya sülhməramlı qüvvələri və BQX tərəfindən Xankəndi - Agdam yolundan istifadə edilməklə yüklər daşına bilər. Azərbaycan güzəştə getməməli, qəbul etməyən ermənilər Qarabağı tərk etməsi üçün bütün şəraiti yarada bilər", - politoloq bildirirb.
QAZİLER.AZ