Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Yeni Azərbaycan Araşdırma və Yaradıcılıq Mərkəzi tərəfindən gənc jurnalist Nərmin Ağaqızının milli vətənpərvərlik mövzusunda tərtib etdiyi sayca 3-cü “İki dostun oxşar taleyi” adlı kitabın təqdimatı keçirilib.
Kitabda iki dost – şəhid Hüseynqulu Şahnəzərovun və Rəfi Zeynaolvun taleyindən, onların keçdiyi qısa, amma şərəfli həyat yolundan bəhs edilir.Tədbirdə hər iki şəhidin ailə üzvləri, keçmiş döyüşçülər iştirak edib.