Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağa qanunsuz yük daşımaları ilk deyil. Ümumiyyətlə, humanitar missiya xarakterli beynəlxalq təşkilat olan Qırmızı Xaç Komitəsinin fəaliyyəti erməni separatizminə dəstək olub.
Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə öz feysbuk hesabında yazıb.
"Əgər, BQXK fəaliyyətində obyektivdirsə, Qarabağda yaşayan ermənilərə humanitar yükü Azərbaycan vasitəsilə daşımalıdır. Laçın yolundan humanitar deyil, hərbi məqsədlər üçün istifadə edən BXQ fəaliyyətinə bu yoldan istifadəyə birdəfəlik son verilməlidir.
Qeyd edim ki, BXQ birinci Qarabağ münaqişəsində Azərbaycana qarşı qərəzli olub. Məhz indiki fəaliyyətində də insanı deyil, siyasi və dini məsələləri üstün tutaraq Ermənistanın maraqlarına xidmət edir. BXQ Bakı bürosu Qarabağda yaşayan ermənilərə humanitar yüklər çatdırsın. Bunun Ermənistan vasitəsilə edilməsi, Azərbaycanın suverenliyinin pozulması və BXQ fəaliyyətinə kölgə salmış olur", - politoloq bildirib.
QAZİLER.AZ