Sülhməramlılar Qarabağdan çıxır: ermənilər ABŞ səfirliyinin qarşısına toplaşdı

Sülhməramlılar Qarabağdan çıxır: ermənilər ABŞ səfirliyinin qarşısına toplaşdı backend

Ermənistanda “Milli-Demokratik Qütb”ün nümayəndələri aksiya keçirirlər.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, onlar ABŞ-ın Ermənistandakı səfirliyinin yaxınlığında toplaşıblar və məktub çatdırmağa hazırlaşırlar.

Toplaşanlar iddia edirlər ki, Rusiya Federasiyasında baş verən son hadisələrdən sonra bu ölkənin sülhməramlıları Qarabağı tərk etməyə hazırlaşırlar.

Səfirliyin qarşına toplaşanlar ABŞ və Fransadan kömək istəyirlər. Onlar bu ölkələrdən xahiş edirlər ki, Rusiya sülhməramlılarının getməsindən sonra Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsini öz üzərilərinə götürsünlər. Böyük ehtimalla, ermənilər sülhməramlılarla bağlı hansısa məlumat alıblar. Bu məlumat İrəvandakı rəsmilərdən, Xankəndidən də ötürülə bilər. Ona görə də indidən haray-həşir salırlar. Amma heç nə Azərbaycana öz ərazisində suveren hüquqlarını bərpa etməyə mane ola bilməz.

 

 

Diaspora