Azad edilmiş ərazilərdə indiyə qədər 83 993 ha hektar ərazi mina və partladılmış hərbi sursatlardan təmizlənib.
Trend xəbər verir ki, bunu media nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada ANAMA-nın Əməliyyat İdarəsinin rəisi İdris İsmayılov deyib.
Onun sözlərinə görə, indiyə qədər 89 mindən çox mina və hərbi sursatlar aşkar edilərək məhv edilib.
"Biz ilk gündən yaşayış yerləri, yol və infrakstur layihələri, elektrik xətləri üzrə layihələri minalardan təmizləmişik və bu istiqamətdə fəaliyyət davam edir. Hazırda köçlə bağlı Laçın, Zabux və Sus yaşayış yerlərində işlər aparılır”, - deyə o qeyd edib.