Ağdamda kütləvi məzarlıq aşkarlanıb

Ağdamda kütləvi məzarlıq aşkarlanıb backend

Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində kütləvi məzarlıq aşkarlanıb.

"Report"un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Qeyd edək ki, bundan əvvəl Şuşa şəhərində Şuşa türməsinin ərazisində kütləvi məzarlıq aşkar edilib.

Daha əvvəllər isə kütləvi məzarlıqlar Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb. İndiyədək isə aşkarlanan kütləvi məzarlıqlardan ümumilikdə 400-dən artıq insan meyit qalıqları tapılıb.

Diaspora