Bir qrup erməni diversant Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Caliber”in teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, erməni diversantların cəhdinin qarşısı alınıb.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib, 2 diversant saxlanılıb.
Detallar barədə tezliklə məlumat veriləcək.