Rusiya Qarabağda hərbi kontingenti saxlamaq üçün mümkün variantlardan istifadə edəcək

Rusiya Qarabağda hərbi kontingenti saxlamaq üçün mümkün variantlardan istifadə edəcək backend

Qarabağda separatçıların Nikol Paşinyana ultimatumu və Azərbaycanın tərkibinə qatılmayacaqlarını elan etməsi əsasən Kremldən verilən təlimatlar əsasında həyata keçirilir. Separatçılar Xocalıda hərbi təlimlər keçirir və "mübarizə" aparacaqlarını elan edirlər. Onların bu kimi bəyanatları Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının qarşısını almağa yönəlmiş addımdır.

Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə öz feysbuk səhifəsində yazıb.

"Əgər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi tam hazır olarsa, separatçıların təxribatlara əl atması mümkündür. Moskva hərvəchlə çalışacaq ki, sülh müqaviləsi imzalanmasın. Moskvada Azərbaycan və Ermənistan liderlərinin görüşündən müsbət nəticələr olacağı gözlənilmir. Rusiya Qarabağda hərbi kontingenti saxlamaq üçün mümkün variantlardan istifadə edəcək. Məhz Moskva görüşündə də bu Qarabagdaki proseslər müzakirə ediləcək", - deyə politoloq bildirib.

Prezident İlham Əliyevin Qarabağ məsələsində Rusiyaya güzəştə getməyəcəyini qeyd edən M.Əsədullazadə əlavə edib: "Xankəndində de-yure suverenliyin bərpası üçün prinsipial mövqe ortaya qoyub. Qərb də Azərbaycanın mövqeyi ilə razıdır. Brüssel və Vaşinqton Qarabağda yaşayan erməniləri icma deyil, əhali olaraq qeyd edir. Hər-hansı bir statusun verilməsini qabartmır. Ermənilər üçün status növbəti separatizm deməkdir.

Artıq Azərbaycan siyasi-ictimai şəxslər və mətbuat Qarabağda yaşayan ermənilərə icma olaraq qeyd etməməlidir".

QAZİLER.AZ

Diaspora