Ermənistan Kəlbəcər istiqamətində atəşkəsi mütəmadi pozmaqda, postlarımıza mütəmadi həmlələr etməsində əsas planı Zod qızıl mədənini işğal etməkdir. Həmçinin Azərbaycanı strateji yüksəkliklərdən geri addım atmasına məcbur etməkdir. Danışıqlar prosesinin davam etdiyi və Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən dəstəklədiyi fonda sərhəddə hərbi təxribatlar etməsi, prosesi pozmaqla sülh müqaviləsinin bağlanmasını gecikdirməkdir.
Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə feysbuk səhifəsində yazır.
Ermənistan Fransanın verdiyi silahlarla yenidən hərbi eskalasiyaya başlaya biləcəyini qeyd edən politoloq qeyd edib ki, Fransanın da əsas planı məhz bundan ibarətdir.
"Fransa Cənubi Qafqazda geosiyasi mövqeyini güclənməsini Ermənistana hücum silahlarını verməkdə görür. Bununla, Azərbaycana hərbi təzyiqləri artırmaq və Türkiyənin regionda siyasətinin qarşısını almaqdır.
Qeyd edim ki, Rusiyanın vasitəçiliyi ilə keçirilən danışıqlar prosesi vaxtı uzatmaq və KTMT adı altında Rusiya hərbiçilərini şərti sərhəddə yerləşdirməyə çalışır. Xarici işlər nazirlərinin bugünki iclası və liderlərin Moskvada keçiriləcək görüşü praktiki siyasətə söykənmir. Prezident İlham Əliyev özü şəxsən Ermənistanı sülhə məcbur edəcək", - deyə o bildirib.
QAZİLER.AZ