Trend-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Aprelin 29-u saat 18:05 radələrində guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik", - deyə qeyd olunub.