Rusiya sülhməramlılarının ermənilərin əli ilə yeni təxribatlara başlaması mümkündür - Politoloq

Rusiya sülhməramlılarının ermənilərin əli ilə yeni təxribatlara başlaması mümkündür -  Politoloq backend

"Rusiya sülhməramlı qüvvələrinin erməni silahlı birləşmələrinin əli ilə yeni təxribatlara başlaması mümkündür".

Qaziler.az bildirir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə öz feysbuk səhifəsində paylaşım edib. 

"Rusiya Qarabağda sülhməramlı qüvvələrinə yeni komandan general -polkovnik Aleksandr Lentsovu təyin edib. Məhz ötən gün Azərbaycan ordusu Laçın və Şuşa istiqamətində bir neçə strateji yüksəklikləri nəzarətə götürməklə, Rusiyaya mesaj vermiş oldu. Bununla rəsmi Bakı Rusiya sülhməramlı qüvvələrinində bu kimi komandan dəyişikliklərinin Azərbaycanın planlarının qarşısını alacaq gücdə olmadığını ortaya qoydu.

General-polkovnik Aleksandr Lentsov qeyd edib ki, onun əsas işi Laçın yolunda nəzarəti bərpa etmək olacaq. Moskvanın əsas planı NBM Rusiyaya sülhməramlı qüvvələrinin nəzarətinə verilməsi və özünün skayner nəzarət sistemini yaratmaqdır. Bu kontekstdə sülhməramlı qüvvələrinin komandanı Azərbaycanla danışıqlar aparacaq. Amma, Azərbaycan tərəfi Rusiya hərbiçiləri ilə NBM birgə nəzarətə razı olması mümkün deyil.

Rusiya sülhməramlı qüvvələrinin erməni silahlı birləşmələrinin əli ilə yeni təxribatlara başlaması mümkündür. Çünki Rusiya proseslərdə fəaliyyət imkanlarının daraldığının fərqindədir. Rusiya sülhməramlı qüvvələrə "döyüşkən" general göndərəcəyini vurğulamaqla bir növ psixoloji təzyiq etməyə çalışırdı. Amma, Azərbaycanın hazırkı addımları Moskvanı pat vəziyyətə salıb. Moskva artıq Qarabağda Azərbaycana qarşı mövqe ortaya qoymaq imkanlarından xaricdir", - deyə politoloq bildirib.

QAZİLER.AZ

Diaspora