Laçın yolunda nəzarət buraxılış məntəqəsinin qurulmasından sonra Qarabağda silahlı erməni birləşmələrinin lojistikasinı Rusiya sülhməramlı qüvvələri həyata keçirə bilər. Ona görə də Rusiya sülhməramlı qüvvələrinin avtomobilləri yoxlanılmalıdır.
Qaziler.az bildirir ki, bununla bağlı politoloq Məhəmməd Əsədullazadə öz feysbuk səhifəsində yazıb.
"Bundan əlavə, qanunsuz silahlı erməni birləşmələrinin tərk-silah və ərazidən çıxarılması istiqamətində Azərbaycan addımlar atacaq. Bu məsələnin də növbəti aylarda öz həllini tapacağı mümkündür. Artıq Azərbaycan öz sərhədlərinə tam nəzarət edir, demək olar ki, dəhliz qüvvədən düşmüş sayılır.
Azərbaycan daxilində hər hansı bir separatizm və qanunsuz silahlı birləşmələrinin qalması təhlükəsizliyimiz üçün təhdiddir. Ermənistan Qarabağda yaşayan ermənilərə vəsait ayırmasını dayandırılmalı, işıq və qaz xətti ayrılmalıdır. Bundan sonra, Ermənistan Azərbaycanın daxili işlərinə qarışa bilməz. Proseslər mərhələli şəkildə öz həllini tapacaq", - deyə politoloq bildirib.
QAZİLER.AZ