Ermənilər sülhməramlıların avtomobilində Xankəndidən Laçına aparılıb

Ermənilər sülhməramlıların avtomobilində Xankəndidən Laçına aparılıb backend

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, Xankəndi-Laçın yolundan sülhməramlılara məxsus daha 4 avtomobil maneəsiz şəkildə hərəkət edib.

Belə ki, sülhməramlılara məxsus 1 hərbi sərnişin daşıyan avtomobildə Xankəndi istiqamətindən erməniəsilli şəxslər Laçın istiqamətinə aparılıb.

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Digər bir minik maşını isə Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət edib.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunun hər iki istiqamətində hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 9-a çatıb.

Diaspora