Vətən müharibəsi qazisi Polad Rzayev Vyanada iftara dəvət olunub, Çavuşoğlu ilə görüşüb - FOTO

Vətən müharibəsi qazisi Polad Rzayev Vyanada iftara dəvət olunub, Çavuşoğlu ilə görüşüb - FOTO backend

Almaniyada müalicə alan, Vətən müharibəsində hər iki ayağını itirmiş sabiq XTQ zabiti Polad Rzayev Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən və Türkiyənin xarici işlər nazirinin də iştirak etdiyi iftar yeməyinə dəvət olunub.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, tədbir çərçivəsində Mövlud Çavuşoğlu qazimizlə görüşərək fikir mübadiləsi edib, ölkələrimiz, xalqlarımız, millətlərimizin qardaşlığı və birliyi bir daha vurğulanıb, qəhrəmanlarımızın şücaətindən danışılıb. Sonda xatirə fotoları çəkilib.

Qeyd edək ki, Polad Rzayev Murov yüksəkliklərindən başlayaraq, Qubadlıya qədər döyüş yolu keçib. Kəlbəcər, Cəbrayıl Xocavənd, Qubadlının azad olunmasında iştirak edib, medallarla və ordenlə təltif edilib. Cəbrayıla Azərbaycan bayrağını da məhz Polad Rzayev sancıb. O, oktyabrın 19-u Qubadlıda gedən döyüşlərdə yaralanıb, hər iki ayağını itirib.

Polad Rzayev Şücaətə görə medalı və Azərbaycan bayrağı ordeni ilə təltif edilib.

Xatırladaq ki, Polad Rzayev həm də 1-ci Qarabağ müharibəsində Şuşadan çıxmayaraq şəhid olmuş Tofiq Oğuzun oğludur.

 

 

Diaspora