İndiyədək minadan təmizlənən ərazilərin həcmi açıqlanıb

İndiyədək minadan təmizlənən ərazilərin həcmi açıqlanıb backend

"Bu günə kimi 75 min hektara qədər ərazi mina və partlamamış sursatlarının təmizlənib. Təmizləmə əməliyyatlar nəticəsində ümumilikdə 85 mindən çox mina və partlamamış sursat aşkar edilərək məhv olunub".

"Report"un Qarabağ bürosunun məlumatına görə, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.

Aprelin 11-də Ağdamda keçirilən ağacəkmə aksiyasından sonra jurnalistlərin suallarını cavablandıran agentlik sədri qeyd edib ki, Ağdam günü-gündən dirçəlir. O deyib ki, hazırda rayonda aparılan quruculuq işləri sürətlə davam etdirilir: Təbii ki, işlərin daha da sürətləndirilməsi üçün mina təmizlənməsi mühüm əhəmiyyət daşıyır. Hazırda da Ağdamda minatəmizləmənişləri davam etdirilir. Ümumilikdə iki il ərzində Ağdamda 18 min hektardan çox ərazi təmizlənəcək.

V.Süleymanov söyləyib ki, aprelin 11-də Ağdam şəhərində ağacəkmə aksiyasının keçirildiyi ərazi də vaxtilə minalı olub.

Diaspora