Aydın Kərimov: Şuşa şəhərindəki tarixi abidələrin əksəriyyəti işğal zamanı dağıdılıb

Aydın Kərimov: Şuşa şəhərindəki tarixi abidələrin əksəriyyəti işğal zamanı dağıdılıb backend

Şuşa şəhəri işğal dövründə, 30 il ərzində dağıntılara, vandalizmə məruz qalmışdır. İşğaldan azad edildikdən sonra Şuşada Prezident İlham Əliyevin tapşırığı ilə bərpa-qurucu işləri aparılır.

QAZİLER.AZ  AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimində deyib.

Aydın Kərimov bildirib ki, Şuşa şəhərindəki tarixi abidələrin əksəriyyəti işğal zamanı dağıdılıb. Şuşa işğaldan azad edildikdən sonra tarixi abidələrin bərpası istiqəmətində də işlər aparılır.

“Artıq 10-a yaxın abidə bərpa edilib. Yaxın aylarda da bir neçə abidənin bərpası tamamlanacaq. Bu işlər davamlı olaraq aparılacaq. Biz Şuşanın tarixi-mədəni irsinin qorunmasını təmin edəcəyik”, – deyə Aydın Kərimov bildirib.

 

 

Diaspora