Laçında doğulmayanların, Laçınla doğulan arzuları - VİDEO

Laçında doğulmayanların, Laçınla doğulan arzuları - VİDEO backend

Məcburi köçkün ailələrdə böyüyən uşaqlar da işğaldan azad edilmiş doğma yurda qayıtmaq istəyirlər.

Dövlət Komitəsindən Qaziler.az bildirilib ki, Onların öz arzuları, xəyalları var: hələ üzünü görmədikləri, amma haqqında böyüklərin həsrət və sevgi ilə danışdıqları yerlərdə evlər tikəcək, orada yaşayacaq, işləyəcəklər. Laçın rayonunun Zabux və Sus kəndlərindən olan uşaqlar da onlardan biridir. Bu uşaqlar Bakıda müxtəlif müvəqqəti məskunlaşma obyektlərində ailələri ilə birgə məskunlaşıb. Onlar valideynlərindən eşitdikləri, xəyallarındakı Zabux və Susa qayıdışla bağlı səmimiyyətlə danışır. Onların Böyük Qayıdışdan öncəki arzuları Laçında çin olacaq və şirin bir xatirəyə çevriləcək.

İşğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı Dövlət Komitəsinin hazırladığı videoçarxların qəhrəmanları tezliklə doğma yurda geri dönəcək həmvətənlərimizdir. Onların aralarında məktəblilər də var. Keçmiş məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirlər.

Diaspora