Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
Apa xəbər verir ki, ictimai fəallar aksiyanı gecə boyu davam etdiriblər. Etirazçılar tələblərinə müsbət cavab alınan günədək etirazlarını davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb və 117 gündür davam edir.