30 il ərzində erməni işğalı zamanı 357-si uşaq olmaqla, 3345 azərbaycanlı mina qurbanı olub.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə tvitter hesabında paylaşım edib.
"2020-ci il müharibəsindən sonra Ermənistanın yerləşdirdiyi minalar nəticəsində 50 azərbaycanlı həlak olub, 238 nəfər isə ciddi xəsarətlər alıb. Ermənistan mina təhdidlərinə son qoymalı və Beynəlxalq Humanitar Hüquqa əməl etməlidir", - deyə qeyd edilib.
Xatırladaq ki, 4 aprel dünyada Beynəlxalq Mina Maarifləndirilməsi Günü kimi qeyd olunur.