Ermənistanla sülh Laçın dəhlizində Azərbaycan post qoyduqdan sonra mümkün görünür.
Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
"Ermənistandan Qarabağa hərbi yüklərin daşınması artıq dayanıb. Azərbaycan ordusunun Xankəndi-Xəlfəli-Turşsu yoluna nəzarəti bərpa etməsi Rusiyanı da çıxılmaz vəziyyətə salıb. Rusiya Qarabağda separtizmin davam etməsində maraqlı olaraq siyasi-hərbi qarşıdurmasnın davam etməsində maarqlıdır.
Azərbaycanla Rusiya arasında da təmaslar bu xüsusda dayanıb. Çünki, Rusiyanın Qarabağdakı ermənilərlə bağlı planında Donbas ssenarisi var. Ona görə də rəsmi Bakı Rusiyanın vasitəçilyindən imtina etməlidir. Rusiya hərbi kontingenti Qarabağda qalmaqla erməni icmasının reinteqrasiyasına mane olacaq. Azərbaycan yalnız Ermənistanla Laçın dəhlizində Nəzarət buraxılış məntəqəsini qurmaqla separatçıların və Rusiyanın burada fəaliyyətini neytrallaşdıracaq.
Qeyd edim ki, Ermənistanla Azərbaycan arasında hərbi eskalasiyanın baş verməsi mümkünlüyünə gəldikdə ABŞ dövlət katibi E. Blinkenin və Avropa İttifaqının prezidenti Şarl Mişelin hər iki ölkənin liderləri ilə telefon danışıqlarından sonra müəyyən qədər gündəmdən çıxıb. İlk növbədə Ermənistan tərəfi danışıqlarda müəyyən üstünlüklər və Azərbaycana qarşı siyasi təzyiqləri artırmaq üçün təxribatlara getməkdə maraqlıdır.
Görünür, ABŞ və Avropa İttifaqının siyasi təzyiqləri fonunda N. Paşinyan sülhün danışır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilk növbədə Azərbaycan Laçın dəhlizində post qoyduqdan sonra və silahlı erməni birləşmələri ləğv edildikdən sonra mümkün olacaq.
Hazırkı situasiyada Ermənistan çalışır ki, Qarabağla bağlı təklifləri qəbul etsin. Bunun qarşısını almaq üçün yalnız Azərbaycan hazırkı siyasətini davam etdirməlidir" - politoloq bildirib.
QAZİLER.AZ