Laçın-Xankəndi yolunda aksiya 100 gündür davam edir - FOTO

Laçın-Xankəndi yolunda aksiya 100 gündür davam edir -  FOTO backend

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Apa-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, ictimai fəallar bayram gecəsində havanın yağışlı və dumanlı keçməsinə baxmayaraq davam etdirdiyi aksiyanı, günə Azərbaycan Dövlət Himnin səsləndirməklə başlayıb.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb və bu gün 100 gündür davam edir.

Diaspora