Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqləndi

Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqləndi backend

Nazirlər Kabineti “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında Qərar verib.

QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, Qərara əsasən, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət

Şəhərsalma və Arxitektura Komitəsinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilsin (əlavə olunur).

 

 

Diaspora