Suren Papikyan "Artsax Respublikası" ifadəsini işlətməyi qadağan etdi - KİV

Suren Papikyan "Artsax Respublikası" ifadəsini işlətməyi qadağan etdi - KİV backend

“Ermənistanın müdafiə naziri Suren Papikyan martın 15-də nazirliyin bölmələrində “Artsax (?!) Respublikası” ifadəsinin işlədilməsinin qadağan edilməsi ilə bağlı məxfi əmr imzalayıb”.

Bunu “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, nazirin əmrində yazılıb: ““Artsax Respublikası” sözünü leksikondan çıxarmaq, yalnız “Dağlıq Qarabağ” sözlərindən istifadə etmək lazımdır”.

Bildirilib ki, S.Papikyanın əmri Müdafiə Nazirliyi sistemində vəzifəyə yeni təyin edilən, eyni zamanda istefada olan hərbçilər arasında narazılıq yaradıb. Amma onlar da Ermənistandakı bir çox vəzifəli şəxslər kimi işdən çıxarılacaqlarından qorxaraq susmağa üstünlük verirlər.

Report.az

Diaspora