Şəhid Şəhriyar Əlibəyli ilə vida mərasimi başa çatıb - YENİLƏNİB

Şəhid Şəhriyar Əlibəyli ilə vida mərasimi başa çatıb - YENİLƏNİB backend

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu ilə vida mərasimi başa çatıb.

"Report"un xəbərinə görə, onun nəşi dəfn olunması üçün II Şəhidlər xiyabanına aparılır.

Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edir.

10.18

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu ilə vida mərasimi keçirilir.

"Report"un xəbərinə görə, tədbirdə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimayyət nümayəndələri iştirak edir.

Vida mərasimindən sonra Ş.Əlibəylinin nəşi II Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Ş.Əlibəyli subay olub, ailənin yeganə övladı idi. O, 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulub.

Daha sonra ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu Badamdar qəsəbəsinə köçüblər. 2012-ci ildə 236 saylı tam orta məktəbi bitirib. Heydər Əliyev adına Hərbi İnstitutun məzunu olan baş-leytenant Ş.Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub.

Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Diaspora