Daha 10 ailə Ağalı kəndinə yola düşüb - FOTO

Daha 10 ailə  Ağalı kəndinə yola düşüb -  FOTO backend

Bu gündən Zəngilan rayonunun Ağalı kəndinə daha bir neçə ailənin köçürülməsinə başlanılıb.

"Report" xəbər verir ki, rayonun “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə "Böyük Qayıdış"a uyğun olaraq 50 nəfərdən ibarət 10 ailə yola salınıb.

Ümumilikdə, bu günə kimi “Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonu Ağalı kəndinə 86 ailə, 420 nəfər köçürülüb. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər.  Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və s. çalışacaqlar.
Köçürülmüş əhali üçün bütün infrastruktur şəraiti - dövlət xidmətləri mərkəzi məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. mövcuddur. 

Köç prosesinin növbəti aylarda da davam edəcəyi planlaşdırılır.

Diaspora