Tələbimiz yerinə yetirilənə kimi burdayıq
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
Ekofəallar və QHT nümayandələri APA-nın Şuşaya ezam olunmuş müxbirinə tələblərinə müsbət cavab alacaqları günədək etirazlarını davam etdirəcəklərini bildirib. Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən keçirilir.

