Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
APA-nın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyi görüşlə bağlı bəyanat yayıb.E. Nalbandyan rəsmi Bakının sülh sazişi üzərində işə başlamaq təklifinə toxunaraq iddia edib ki, burada məqsəd əsas tənzimlənmə prinsipləri ətrafında aparılan danışıqları pozmaqdır: “Əsas prinsiplərə uyğun razılıq əldə olunduğu və Dağlıq Qarabağın bizimlə razılaşdığı halda, sülh sazişi üzərində işə başlamaq olar”.
O, Dağlıq Qarabağda girov götürülən Dilqəm Əsgərovla Şahbaz Quliyevin məsələsinə toxunaraq onların cinayətlərinin sübut olunduğunu bildirib.