Rusiya XİN BMT sülhməramlılarının Qarabağa göndərilməsi təklifinə münasibət bildirib

Rusiya XİN BMT sülhməramlılarının Qarabağa göndərilməsi təklifinə münasibət bildirib backend

“BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası real deyil. Regionda sülhün və təhlükəsizliyin bərpası vəzifəsini Rusiya sülhməramlı kontingenti effektiv şəkildə həll edir".

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Petr İliçev deyib.

O bildirib ki, bölgədə sabitliyin yeganə təminatçısı Rusiya sülhməramlı kontingentidir: “Kontingentə BMT mandatı verməyə ehtiyac yoxdur, çünki Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatında sülhməramlıların fəaliyyəti aydın şəkildə müəyyən edilib. Yəni tərəflər arasında konsesus var”.

XİN rəsmisi bildirib ki, Rusiya sülhməramlı kontingenti Qarabağda sülh və təhlükəsizliyin təminatı ilə bağlı bütün vəzifələrinin öhdəsindən layiqli şəkildə gəlir.

Diaspora