Bu gün Şuşada minatəmizləmə üzrə layihənin təqdimatı olacaq

Bu gün Şuşada minatəmizləmə üzrə layihənin təqdimatı olacaq backend

Bu gün Şuşada BMT - nin inkişaf proqramı, ANAMA və Avropa Şurasının dəstəyi ilə “Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək” layihəsinin təqimat mərasimi keçiriləcək.

Qaziler.az xəbər verir ki, bu barədə məlumatı tədbirdə iştirak edən Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AZMA) İctimai Birliyinin sədri Rey Kərimoğlu verib.

Layihənin məqsədi minatəmizləmə üzrə əlavə tədqiqat və potensial yaradaraq ANAMA-nı dövlət tərəfindən maliyyələşdirilən resurslara əlavə olaraq digər imkanlarla təmin edəcək. Layihənin birinci komponenti Azərbaycanda minatəmizləmə üzrə ilk qadın komandaların yaradılması yolu ilə Gender İnklüzivliyini təşviq edəcək və QHT-lərin Mina Təmizlənməsində potensial olaraq artan iştirakını dəstəkləyəcəkdir. Bu yanaşma, ANAMA-nın birbaşa olaraq məcburi köçkünlərin qayıdışı üçün əlavə dəstək verməsinə imkan yaradacaq. Layihənin ikinci komponenti strategiya, məlumatların idarə edilməsi, keyfiyyətin idarə edilməsi və uyğunlaşdırılmış kommersiya tipli minatəmizləmə avadanlıqlarının mexaniki inteqrasiyası sahələrində ANAMA-nın institusional potensialını gücləndirməyə və artırmağa nail olacaq.

Tədbirdə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin rəhbər müavini Sultan Hacıyev, XİN-in Hərbi Siyasi İdarəsinin rəsmisi Vüqar Qurbanov və BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros çıxış edəcəklər.

QAZİLER.AZ

Diaspora