"Bir daha gördük ki, Qarabağın tarixi milyon illər əvvələ gedir..."
Xəbər verildiyi kimi, bu gün beynəlxalq səyyahlar Xocavənddə və Şuşada olublar. "Azıx mağarası dünyada aşkar edilmiş ən qədim ibtidai insan məskənlərindən biridir, Qarabağın tarixi milyon il qədimlərə gedir...", - deyən britaniyalı səyahətçi Kler Frensis əlavə olaraq bildirib ki, bu arxeoloji abidənin tarixi çox-çox qədim dövrə, ibtidai icma dövrünə gedib çıxır. Sitta: “Proqramın bu hissəsini çox bəyəndim. Belə tarixi əhəmiyyətli yerdə olmaq məni heyran etdi. Mağaraya qalxmaq çətin idi, pilləkənlərlə təxminən 20 dəqiqə qalxdıq, amma yenə də məmnunam”.
Qaziler.az AzərTAC-a istinadla bildirir ki, bu gün Qarabağ bölgəsinə onlarla beynəlxalq səyyahlar səfər ediblər. Bu onlarla xarici ölkə nümayəndəsinin -səyyahın erməni yalanlarını canlı görmək imkanı deməkdir.