Qazimiz xəstəxanada vəfat etdi

Qazimiz xəstəxanada vəfat etdi backend

Qazi əməliyyatdan sağ çıxmadı

Dünən 1-ci qrup Qazimiz 1991-ci il təvəllüdlü Quliyev İlkin Hüseyn oğlu Mərkəzi Kliniki Xəstəxanada əməliyyat zamanl rəhmətə gedib.

QAZİLƏR.AZ-a bu haqda Qazi Əlibaba Qasımov məlumat verdi. İlkin 44 günlük Vətən müharibəsində yaralanan zaman bir ayağı amputasiya olunmuşdu. Ekspertiza rəyində Qazinin koronavirusdan rəhmətə getdiyi bildirilib. Qazinin cənazəsi ailəsinə təhvil verilib. 

İlkin Fizuli rayon Qazilər Birliyinin üzvü idi. Vətən müharibəsində qəhrəmanlıqla döyüşən Qazimiz medalla təltif olunub.

Fevral ayının 4-də Mehdiabadda yaşadığı evdə Qazinin yas mərasimi keçiriləcək.

Allah Qazimizə rəhmət eləsin. 

QAZİLER.AZ

 

 

 

Diaspora