Ermənistanın işi Beynəlxalq Ədalət Məhkəməsində

Ermənistanın işi Beynəlxalq Ədalət Məhkəməsində backend

Düşmən ölkə əməllərinə görə cavab verməlidir

Bu gün Azərbaycan nümayəndələri Beynəlxalq Ədalət Məhkəməsində açıq şəkildə nümayiş etdirdi ki, Ermənistanın Qarabağda qeyri-qanuni iqtisadi fəaliyyəti Azərbaycanın ekologiyasına böyük ziyan vurub. Bu barədə Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev “Twitter“ hesabında paylaşım edib. 

Xatırladırıq ki, ekofəallar artıq iki aya yaxındır Laçın-Xankəndi yolunda ermənilərin məhz Qarabağdakı ekoterroruna etiraz olaraq aksiya keçirir, fasiləsiz aksiyaya bir çox dünya ölkələri də müsbət münasibət bildirib. Ermənistanın siyasi rəhbərliyi isə həyasızcasına qarşılıqlı iddia da verməkdən çəkinməyib. 
Qarabağ Azərbaycandır!

Sevinc MURADXANLI

Diaspora