Son gedişləri olsun...
Rusiya sülhməramlıları Qarabağda olan 44 RF vətəndaşını dünən Ermənistana aparıb. Qaziler.az "Sputnik Armeniya"ya istinad edərək xəbər verir ki, bu adamlar "Azərbaycan tərəfi ilə razılaşmalar çərçivəsində" çıxarılıb. 44 nəfərdən 7-si uşaq olub. Bildirilir ki, yanvarın 17-də sülhməramlılar Qarabağdan 60-dan çox Rusiya vətəndaşını təxliyə edib.
Maraqlıdır ki, elə bu gün Qırmızı Xaç Komitəsi də 19 nəfəri Qarabağdan çıxarıb. Bu çox yaxşı tendensiyadır. Bu minvalla ermənisiz Qarabağa şahidlik edə bilərik. Əsas odur ki, bu gedən ermənilərin son gedişi olsun! Çünki 30 il ərzində Qarabağda goreşənlik ediblər. İndi ac-yalavac Ermənistanda xəyallarını realizə etsinlər.
Sevinc MURADXANLI
QAZİLER.AZ