Qarabağ Qaziləri Şəhidlər Xiyabanını ziyarət etdi - VİDEO

Qarabağ Qaziləri Şəhidlər Xiyabanını ziyarət etdi - VİDEO backend

Qanlı 20 Yanvar Şəhidlərinin xatirəsi anıldı

Bu gün Qarabağ Qaziləri Birliyinin sədri Asəf Əliyevin rəhbərliyi ilə Qazilər Birinci Şəhidlər Xiyabanını və 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş 20 Yanvar abidəsini ziyarət ediblər. Təşkilatın idarə heyətinin üzvləri, rayon sədrləri və fəalları xalqımızın qəhrəmanlıq dastanına çevrilmiş Şəhidlərimizin məzarı üstə əklil və gül dəstələri qoyublar.

Təşkilatın sədri Asəf Əliyev çıxış edərək bildirdi ki, illər, əsrlər keçsə də Qanlı 20 Yanvar Şəhidlərimiz heç vaxt yaddan çıxmayacaq. O gün xalqımızın tarixinə şanlı səhifə olaraq yazılıb. 

Rus imperiyasına qarşı əliyalın bir xalqın azadlıq eşqiylə meydana axışması o xalqın qəhrəmanlığını göstərən bir amildir. 

Məhz bunun davamı olaraq Azərbaycan xalqı bir gündə ayağa qalxıb öz Ali Baş Komandanının ətrafında Dəmir Yumruq kimi birləşərək 30 ilin qisasını 44 günə alaraq dünyaya öz adını, imzasını qəhrəman xalq olaraq tanıtdı.

Düzdür, 4000-ə yaxın Şəhidimiz olsa da, minlərlə Qazimiz olsa da xalqımız MƏĞLUB MƏMLƏKƏT damğasından azad olub QALİB MƏMLƏKƏT oldu. Şəhidlərimizin, Qazilərimizin canı, qanı bahasına Azərbaycan vətəndaşları da QALİB MƏMLƏKƏTİN QALİB VƏTƏNDAŞI oldular.

Bu qəhrəmanlığın toxumu 1990-cı ilin Qanlı 20 Yanvar günü əkilmişdi. Biz artıq bir dəfə düşmənlərimizə lazım gəlsə əliyalın vuruşa biləcəyimizi, haqq sözümüzü deyə biləcəyimizi o gün göstərmişdik. Bütün dünya 20 Yanvar faciəsinin şahidi olmuşdu. Necə ki, sonralar bu Xocalı faciəsinə, Gəncə faciəsinə qədər gedib çatmışdı. Bütün bunlara baxmayaraq, biz öz qisasımızı özümüz aldıq. Bizim qələbəyə inamımız sonsuz idi. Çünki bizim Şəhid, Qazi olacaq oğullarımız var idi. 

Ey azadlıq aşiqləri, rahat uyuyun. Yolunuzu davam etdirən Şəhidlərimiz və Qazilərimiz qisasınızı aldı... Uğrunda can verdiyiniz QARABAĞ AZƏRBAYCANDIR!!!

 

Sevinc Muradxanlı

Diaspora