Ermənistan və Rusiya yenidən bu məsələyə qayıtmaq üçün bəyanatlar verir - Politoloq

Ermənistan və Rusiya yenidən bu məsələyə qayıtmaq üçün bəyanatlar verir - Politoloq backend

Qarabağda separatçılara qarşı Azərbaycan ciddi proseslərə başlaya bilər.

Qaziler.az bildirir ki, bunu, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq məsələ ilə bağlı bunları deyib: "Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda Rusiyanın göndərdiyi R. Vardanyanı müdafiə etməməsi və onu prosesləri qızışdırmaqda iddiham etməsi Kremlin canişinini qəbul etmədiyini göstərir. Ermənistan parlamentinin spikeri də Laçın dəhlizində baş verənlərlə bağlı qeyd edib ki, ölkəsi bu məsələyə qarışa bilməz.

Göründüyü kimi Ermənistan Baş nazirinin bu mövqeyi ortaya qoyursa, prinsipcə Azərbaycanla sülh müqaviləsinin bağlanmasına getməlidir. Amma, Baş nazir Nikol Paşinyan yekun sülh müqaviləsində Qarabağ məsələsini dolayı yolla sənədə salmağa çalışır. Təbii ki, Azərbaycan buna gedə bilməz və bu məsələ Azərbaycan üçün bitib.

Ermənistan müxalifəti "Madrid prinsiplərini" və digər məsələləri qabardır. Qeyd edim ki, Madrid prinsipləri və müharibədən əvvəl Minsk qrupunun irəli sürdüyü təkliflər tarixdə qaldı. Çünki, "Madrid prinsiplərində" Qarabağın statusu yalnız danışıqlar yolu ilə münaqişə həll ediləcəksə onda baxila bilərdi. Sonradan bu referendum məsələsidə hüquqi müstəviyə görə danışıqlar prosesindən də çıxarılmışdi.

Ermənistan tərəfi və Rusiya yenidən bu məsələyə qayıtmaq üçün bəyanatlar verir. Bu mümkün deyil. Azərbaycan münaqişəni həll edib və müharibə yolu ilə həll ediləndən sonra əvvəlki təkliflərin üzərindən xətt çəkilir.

Rusiya tərəfindən Qarabağa göndərilən R. Vardanyanın Xankəndində qalması hər gün ermənilərin əleyhinə işləyir. Özü də bunun fərqindədir və Rusiyanın təsirindən çıxa bilmir. Qarabağa müəyyən bir missiya ilə göndərilən R. Vardanyan nə Ermənistan tərəfindən, nə də Qarabağda erməni icması tərəfindən qəbul edilir.

Azərbaycanda "Laçın" dəhlizini humanitar məsələlər istisna olmaqla bağlamaqla R. Vardanyanin əli ilə Rusiyanın planın qarşısını alıb. Qarabağda erməni icmasına status tələb edilməsi və geri addım atilmaması yaxın perspektivdə onlar üçün ciddi mənfi fəsadları olacaq. Prezident İlham Əliyev bu istiqamətdə siyasəti regionda sülhün əldə edilməsinə və sabitliyin bərqərarına əsaslanır"

QAZİLER.AZ

Diaspora