Qarabağda yaşayan ermənilərin qazı, suyu və elektriki kəsilməlidir! - Politoloq

Qarabağda yaşayan ermənilərin qazı, suyu və elektriki kəsilməlidir! - Politoloq backend

"Azərişıq", "Azəriqaz" və "Azərsu"yun Bakıda, Şəkidə, Lənkaranda qanunsuz xətti və ya borcu olan istənilən yerli və ya xarici vətəndaşın işığını, qazını, suyunu kəsməsi nə qədər legitim və hüquqidirsə, Qarabağda yaşayan ermənilərin qanunsuz istifadə etdikləri qazı, suyu və elektriki kəsməsi də ən az o qədər legitim və hüquqidir.

Qaziler.az bildirir ki, bu haqda siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy paylaşım edib. O, qeyd edib ki, qanunsuz su, qaz və elektrikdən istifadə haqqında dünyanın bütün ölkələrində bənzər cəza və qərarlar verilir:

"Azərbaycan 31 ildir, 10 noyabr 2022-dən sonra da iki ildir tolerantlıq göstərir, insanlıq edir, amma Qarabağdakı işğal törtöküntüləri hələ də başa düşmür.

Ona görə də Parisdə, Vaşinqtonda, Tehranda, İrəvanda və s. şəhərlərdə bu cür qanunsuzluq edənlərlə əlaqədar ölkələr nə tədbir görürsə, Azərbaycan da Qarabağda o tədbirləri görmək hüququna malikdir. Azərbaycan bu və bənzəri tədbirləri görməlidir!

Azərbaycan diplomatları da başda Ermənistan olmaq üzrə bizi soyqırım, bəşəri fəlakət və s. kimi yalanlarla ittiham edənlərə bu kontekstdə cavablar verməlidirlər!"

QAZİLER.AZ

Diaspora