Topxana meşəsi ilə bağlı təkliflər hazırlanır

Topxana meşəsi ilə bağlı təkliflər hazırlanır backend

“1988-ci ildə ermənilər tərəfindən qırılan Topxana meşəsinin bərpasına başlanılıb”.

“Report” xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, artıq həmin ərazidə ötən il yeni ağacların əkilməsi nə başlanıb:

“Həmçinin ərazidə ağac toxumları da səpilib. Bu proses davam edəcək və Topxana meşəsi bərpa ediləcək. İlkin olaraq həmin ərazidə palıd, vələs, dağdağan ağacları əkmişik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları meşədə təhlil aparır. Təhlilin nəticəsindən asılı olaraq aidiyyəti qurumlara təkliflər göndəriləcək.

Nazirlik əməkdaşları tərəfindən həmçinin Laçın və Şuşada da yaşıllıq zolaqlarının salınması prosesi həyata keçirilir. Azad olunan ərazilərdə əkilməsi üçün Türkiyədən 49 min ting gətirilib”.

Diaspora