"Müharibə vaxtı Qəhrəman Əsgərimizin qarşısından tülkü kimi fərarilik edənlərin mitinqi heç nəyi dəyişməcək".
Qaziler.az bildirir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
"Erməni tərəfinin iddialarına gorə bu gün ruslar Şusa-Xankəndi yolundakı aksiya keçirənləri dağıtmalı idi. Amma aksiyamız 15 gündür davam edir. Bu aksiyanın dağıdılmasına dair əks tərəfin məlumatları daha çox ermənilərin Xocalı aeroportunu istifadə edəcəyinə dair saxta xəbərlərə bənzəyir. Vətəndaşlarımızdan bir xahişim var: Hər erməni sözünə inanmayın, çox vaxt yalan olan bu tip xəbərlərdən stresə də düşməyin. Bu səpgidə verilən suallara cavab yazmaq hamımızın vaxtını alir. Hazırda erməni separatciları əlacsızlıqdan küncdən küncə çırpınır, uşaq və yaşlıları belə mitinqə çıxarmaqla yeni sahib axtarırlar, amma güclü Türkiyə-Azərbaycan birliyi qarşısında kimsə Xankəndinə yaxınlaşmağa ciddi cəhd etmir. Müharibə vaxtı Qəhrəman Əsgərimizin qarşısından tülkü kimi fərarilik edənlərin mitinqi heç nəyi dəyişməcək", - deyə hərbi ekspert bildirib.
QAZİLER.AZ